Konfrans Liqasında finalçılar müəyyənləşdi

Futbol
392
09 May 2025 - 01:39
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları keçirilib.
Supersport.Az xəbər verir ki, "Fiorentina" "Real Betis"i qəbul edib. İspaniya klubu İtaliya komandasını kənarlaşdırıb. Əlavə vaxtda 2:2 qeydə alınıb. "Betis" ilk oyunda qalib gəldiyi üçün finala vəsiqə qazanıb
"Çelsi" Londonda "Yurqorden"i sınağa çəkib. İngiltərə klubu bu dəfə 1 qolla qalib gəlib.
"Çelsi" - "Betis" final matçı mayın 28-i Polşanın Vrotslav stadionunda keçiriləcək. Matça Bakı vaxtilə 23:00-da start veriləcək.
UEFA Konfrans Liqası
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) 2:1 (əlavə vaxt 2:2)
İlk oyun - 1:2.
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0
Qol:
İlk oyun - 4:1.