Qurban Qurbanov: "Qusi" qol vurmağıma imkan vermədi" - Video

Qurban Qurbanov: "Qusi" qol vurmağıma imkan vermədi" - Video
Futbol, Video
319
21 May 2025 - 17:17

Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan ölkə futbolunun əfsanələri arasında oyun keçirilib.


Supersport.Az saytının məlumatına görə, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirlən "Legends Cup"da "Neftçi 2000"ni məğlub edərək qalib olan "Premyer Liqa məşqçiləri" komandasının futbolçusu Qurban Qurbanov bir neçə qol epizodunu qaçırmasıyla bağlı danışıb. Mütəxəssis qolkiper "Qusi" ləqəbli Hüseyn Məhəmmədovun inamlı oyununu qabardıb.



Gimnastika Arenasında oynanılan matçda  "Neftçi 2000"in baş məşqçisi Ağasəlim Mircavadov olub. Komandada Rəşad Sadiqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov yer alıb. 




Kurban Berdıyevin baş məşqçi olduğu "Premyer-liqa məşqçiləri"  komandasının heyətində isə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev meydana çıxıb.




Oyunda ilk qolu "Premyer Liqa məşqçiləri" komandasında Əfran İsmayılov açıb. "Neftçi 2000"in heyətində isə Rəşad Sadiqov bərabərliyi təmin edib. 




Penalti seriyasında daha dəqiq olan "Premyer Liqa məşqçiləri" 3:2 hesabı ilə qələbə qazanıblar.qalib gəliblər. Rəşad Sadıqov həlledici zərbəni dəqiq yerinə yetirib.

Digər xəbərlər