"Traktor"un çempionluğu qeyd etməsinə İran mənfi cavab verdi

Supersport.Az-ın məlumatına görə, "Traktor" Futbol Klubunun çempionluğu öz meydanında qeyd etmək məqsədilə Proliqanın son turunun səfər matçının Təbrizdə keçirilməsi üçün müraciətinə İran Futbol Federasiyası rəhbərliyi mənfi cavab verib.
Bu səbəbdən "İstiqlal" (Xuzistan) - "Traktor" (Təbriz) oyunu mayın 15-də Əhvazda keçiriləcək.
"Traktor" Futbol Klubu Çempionluq tədbirini coşqulu azarkeşlərinin iştirakıyla mayın 16-da Təbrizdə ev oyunlarını keçirdiyi 100 min yerlik "Səhənd" stadionunda qeyd edəcək.
Xatırladaq ki, Cənubi Azərbaycanın 55 yaşlı klubu "Traktor" tarixində ilk dəfə İran çempionu olub. Bu müddətdə fars rejiminin federasiyası, hakimləri Traktor klubuna ədalətsizlik etsə də, sonda azərbaycanlıların komandası çempion olmağı bacarıb.
İran prezidenti Məsud Pezeşkian və ailəsi "Traktor"un qələbəsini qeyd etdiyinə dair görüntülər yayılıb.
Prezidentin oğlu Mehdi Pezkeskian "İnstaqram" səhifəsindəki paylaşımında “Traktor”u çempion olması münasibəti ilə təbrik edib və komandanın məşqçilərinə və oyunçularına təşəkkür edib.
Lakin bəzi mənbələrə görə bu görüntülər Pezeşkian prezident olmadan əvvələ aiddir və nəvəsinin ad günü münasibətilə çəkilib.
Qeyd edək ki, Pezeşkian və onun ailə üzvləri Təbrizin "Traktor" komandasının sadiq azarkeşləridir.





