"Qarabağ" - "Ferentsvaroş": üstün, zəif cəhətlər

"Qarabağ" - "Ferentsvaroş": üstün, zəif cəhətlər
Futbol, Eksklüziv
648
14 Avqust 2025 - 08:31

Çempionlar Liqasında "Qarabağ"la "Ferentsvaroş" yenidən qarşılaşacaq. Bu dəfə pley-off mərhələsində. 


"Qarabağ" FK 1951-ci ildə qurulub və 74 illik tarixində müddətdə 12 dəfə Azərbaycan çempionu olub,  8 dəfə ölkə kubokuna sahib çıxıb. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış yeganə Azərbaycan klubudur.


"Qarabağ"ın 25 futbolçusunun ümumi qiyməti 24,80 milyon avrodur. Azərbaycan komandasının heyətinin 60 faizi (15) legionerdir, orta yaş həddi 27.4-dür, 11 oyunçusu yığma komandaların üzvüdür. "Qarabağ"da ən bahalı futbolçular bunlardır: Kadi Borges, Leandro Andrade (2.5 milyon avro) və Nəriman Axundzadə (2 milyon avro).


"Qarabağ" "Ferentsvaroş"dan təcrübəlidir, 12 ildir ardıcıl Avropa yarışlarının qrup mərhələsində iştirak edir. Baş məşqçi Qurban Qurbanov 17 ildir bu komandadır və rəqibin baş məşqçisi Robbi Kindən üstündür. "Qarabağ" bir dəfə "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb. 


Macarıstanın ən titullu klubu "Ferentsvaroş" 36 qat ölkə çempionudur, əsası 1899-cu ildə qoyulub.


126 yaşlı paytaxt klubu bu illər ərzində 36 dəfə Macarıstan çempionu olub. Bu, ölkənin mütləq rekordudur. "Ferensvaroş" son 7 mövsümün dəyişməz çempionudur. Bu seriya 2018/19 mövsümündə başlayıb.


Macarıstan kubokunu hamıdan çox – 24 dəfə qazanan Budapeşt təmsilçisi son 11 ildə 4 dəfə bu uğura sevinib. Komandanın hesabında 2 Liqa kuboku və 6 Superkubok da var. "Ferensvaroş" Macarıstan Superkubokunu ən çox qazanan komandadır.


Avrokuboklarda 1960-cı ildə debüt edən Budapeşt təmsilçisi, qitə miqyaslı turnirlərdə zəngin təcrübəyə malikdir. “Ferensvaroş”un ən böyük uğurları da ötən əsrin 60-cl illərinə təsadüf edib. Paytaxt klubu 1964/65 mövsümündə Yarmarkalar kubokunun qalibi olub. Finalda “Yuventus”a 1:0 hesabı ilə qalib gələn macarlar tarixinin yeganə avrokubokunu başı üzərinə qaldırıb. 3 il sonra yenə eyni turnirin finalına çıxan "Ferensvaroş" "Lids"ə məğlub olub – 0:0, 0:1.


 "Fradi" ləqəbini daşıyan komandanın bu uğurlarında Florian Albertin Avropada tanınması ilə nəticələnib. "Yaşıl qartallar"ın əfsanəsi 1967-ci ildə qitənin ən yaxşı futbolçusu kimi "Qızıl top" mükafatına layiq görülüb. Avrokuboklarda son final 1974/75 mövsümünə təsadüf edib. Kuboklar Kubokunun həlledici matçında "Ferensvaroş" Kiyev “Dinamo"suna uduzub – 0:3.


 

Son illərdə avrokubokların əsas mərhələlərinin daimi iştirakçısına çevrilən "Fradi" "Qarabağ"a da tanış rəqibdir. 2022/23 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdam komandasl Budapeşt klubundan güclü olub. Evdə 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu Macarıstanda 3:1 hesablı qələbə qazanıb.


Bu ilin əvvəlində "Qarabağ"a qayıdan Kadi Borqes bir müddət məhz "Ferensvaroş"da çıxış edib. Həmin vaxt digər futbolçu Julio Romao Macarıstan təmsilçisinə keçib və hazırda bu klubda çıxış edir.


"Qarabağ"da 25 futbolçu olduğu halda, "Ferentsvaroş"da bu rəqəm 39-dur. Macarıstan klubunun oyunçularının ümumi dəyəri 52.95 milyon avrodur.  "Ferentsvaroş"da 25 legioner (64.1 faiz), 14 futbolçu milli komabdalarda yer alıb, orta yaş həddi 27.5-dir. Macarıstan çempionu ev oyunlarını 23 min 698 tutumlu "Groupama Arena"da  keçirir.

"Ferebtvaroş"da bəzi bahalı futbolçular var: israilli Məhəmməd Abu Fani (4.5 milyon avro), norveçli Kristoffer Zachariassen (3.5 milyon avro), malili Adama Traore (3.5 miilyon avro), İbrahim Sisse (3 milyon avro).

 

Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında oyunlar avqustun 19-da və 27-də keçiriləcək.




  



Digər xəbərlər