"Levski" Bakıda geridə qaldı - Foto

"Levski" Bakıda geridə qaldı - Foto
Futbol, Eksklüziv, Foto
535
13 Avqust 2025 - 23:00

Supersport.Az-ın məlumatına görə, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Sabah"ın qonağı olacaq "Levski" ölkəmizdə problemlə üzləşib. 


Bolqarıstan klubunu Bakıda stadiona gətirən avtobus tıxaca düşüb. "Levski"nin ispan baş məşqçisi Xulio Velaskesin mətbuat konfransı və komandanın məşqi 25 dəqiqə gec başlayıb. 


Qeyd edək ki, "Sabah" - "Levski" matçına 14 avqust 20:00-da "Masazır Arena"da start veriləcək. İlk oyunda bolqar klubu 90+8-ci dəqiqədə vurduğu qolla qalib gəlib.



Digər xəbərlər