Foto: Azərbaycan yığmasıyla rəqibləri dünya çempionatına heç-heçəylə başladı

Foto: Azərbaycan yığmasıyla rəqibləri dünya çempionatına heç-heçəylə başladı
Futbol, Foto, Arena
594
21 May 2025 - 23:57

Supersport.Az-ın məlumatına görə, bu gün Bakının Milli Gimnastika arenasında minifutbol üzrə dünya çempionatına start verilib.


İlk oyun günündə 8 matç keçirilib.


A qrupunda yer alan Azərbaycan millisi bu gün Bəhreynlə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində yeganə qolun müəllifi 15-ci dəqiqədə Mirmehdi Rzayev olub. Bəhreyndən Ahmed Antar ilk hissənin sonu - 25-ci dəqiqədə bərabərlik qolunu vurub.


A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya komandası üz-üzə gəlib. Bu oyun da 1:1 hesabıyla başa çatıb. Mavritaniya yığması bu nəticəyə sevinib, Sloveniya futbolçuları məyus olub.


21 may


Dünya çempionatı


Qrup mərhələsi


1-ci tur


A qrupu


20:30. Azərbaycan - Bəhreyn - 1:1


23:00. Mavritaniya - Sloveniya 1:1


 


B qrupu


09:15. Fransa - Çad - 1:0


21:45. Rumıniya - Özbəkistan 2:1


C qrupu


10:30. Macarıstan - Türkiyə - 1:1


13:00. Ukrayna - İngiltərə - 0:4


D qrupu


11:45. Bolqarıstan - Portuqaliya - 1:3


14:15. Slovakiya - Hindistan - 15:0


Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.



Digər xəbərlər