"Traktor" Çempionlar Liqasının qalibi olmaq hədəfini açıqladı

Futbol
380
22 May 2025 - 14:49
Supersport.Az-ın xəbərinə görə, Cənubi Azərbaycanın "Traktor" Futbol Klubu İran çempionu olduğu üçün Asiya Çempionlar Liqasında mübarizə aparacaq.
"Traktor" bununla bağlı məlumat yayıb.
"2024–25 mövsümünü Qırmızı Qurdların şanlı və əzəmətli çempionluğu ilə başa vurduq! Bu, sadəcə bir çempionluq deyil – bu, inancın, mübarizənin və birlik ruhunun zəfəridir!
İndi isə yeni bir səhifə açılır. Qarşıda bizi daha çətin, daha məsuliyyətli bir mövsüm gözləyir. 'Traktor" artıq liqa daxilində deyil, Asiyanın ən güclü klublarının mübarizə apardığı Çempionlar Liqasının ELİT səviyyəsində mübarizə aparacaq. Bu, tarix yazmaq fürsətidir!
Sonrakı hədəfimiz Asiya çempionluğudur!"