UEFA: "Tottenhem"dən üzr istəyirik, futbolçuları səhv saymışıq"

Futbol
378
23 May 2025 - 11:00
UEFA Avropa Liqasının finalının biabırçılıqla başa çatdığı haqda məlumat vermişdik.
UEFA-nın yarıtmaz fəaliyyəti səbəbindən turnirin qalibi "Tottenhem"in bəzi futbolçuları qızıl medalsız qalmışdılar. UEFA prezidenti Aleksander Çeferin Son Xın Min, Rodriqo Bentankur və Kristian Romeroya medal verməmişdi.
Supersport.Az-ın məlumatına görə, UEFA səhvini etiraf edərək "Tottenhem" klubundan üzr istəyib.
"Tottenham"dan üzr istəyirik. Futbolçuları səhv saymışıq. Bu səbəbdən yetərli medal qalmadı".
Xatırladaq ki, "Tottenhem" finalda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.