"Neftçi" 9 futbolçunu kənarlaşdırdı

Futbol
385
04 İyun 2025 - 12:15
Supersport.Az xəbər verir ki, “Neftçi” PFK daha iki futbolçu ilə yolları ayırıb. Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Neftçi” bundan əvvəl bəyan etmişdi ki, 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu "Sabah" klubuna qayıdıb.