Video: "Heç-heçə pis nəticə deyil, meydançanın təsiri oldu" - millinin baş məşqçisi Elşad Quliyev

Futbol, Eksklüziv, Video
358
21 May 2025 - 23:13
Supersport.Az Bakıda minifutbol üzrə dünya çempionatının ilk oyununda Bəhreynlə qollu heç-heçə edən Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyevdən eksklüziv açıqlama alıb.
Mütəxəssis bildirib ki, bu, pis nəticə deyil. Baş məşqçi millinin futbolçularının çox sayda qol imkanlarını boşa verməsini ilk dəfə yeni süni meydançada oynamasıyla əlaqələndirib. Məsələ burasındadır ki, beynəlxalq qurum yarış ərəfəsində komandalara meydançada məşqə icazə vermir.
E.Quliyev millinin növbəti iki oyunda qələbə qazanacağına inandığını bildirib.