Avropa Liqasında finalçılar məlum oldu

Futbol
393
09 May 2025 - 00:49
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsi başa çatıb.
Supersport.Az xəbər verir ki, "Atletik" "Mançester Yunayted"in qonağı olub. İngilis klubu 4:1 hesablı qələbə qazanıb.
"Tottenhem" isə "Bodyo-Qlimt"lə üz-üzə gəlib. Bu oyunda da ingilis komandası qalib gəlib.
"Mançester Yunayted" - "Tottenhem" finalı 21 mayda İspaniyanın Bilbao şəhərində keçiriləcək. Oyun Bakı vaxtilə 23:00-da başlanacaq.
Avropa Liqası
23:00. "Mançester Yunayted" - "Atletik" 4:1
Qollar: M.Mount, 72, 90+1, Kasemiro,80, R.Hoylun,85, - M.Jaurezigar,31
İlk oyun - 3:0
23:00. "Boydo-Qlimt" - "Tottenhem" 0:2
Qollar: D.Solanke,63, P.Porro,70
İlk oyun - 1:3