Video: AFFA-nın baş katibi Cahangir Fərəcullayev "Turan"ın futbolçularına məsləhət verdi

Futbol, Video
310
30 Mart 2025 - 11:49
Supersport.Az martın 28-də Tovuz şəhər stadionunda "Turan" klubunun yeni binasının açılış mərasimindən maraqlı videogörüntü hazırlayıb.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev klubun yeniyetmə futbolçularıyla görüş zamanı belə danışıb:
"Hamınızı təbrik edirəm. Əla şəraitiniz var. Bundan sonra nə etmək lazımdır? İnkişaf etmək, yüksək səviyyədə oynamaq, qalib gəlmək lazımdır". Bu məqamda "Turan"ın sədri Ehtiram Quliyev futbolçulara "Gənclər, söz verirsiniz?" sualını ünvanlayıb, "Bəli" cavabını alıb.
Qeyd edək ki, "Turan Tovuz" PFK-nın baş sponsoru "Huner Group"un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.

