"Neftçi"nin rəhbərliyi hər futbolçuya 20 min manat söz verdi - Eksklüziv

Futbol, Eksklüziv
561
30 Mart 2025 - 10:57
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa yarışına vəsiqə qazanmağı qarşısına məqsəd qoyan "Neftçi" PFK rəhbərliyi komandanın ölkə kubokunda uğur qazanması üçün pul mükafatı ayırıb.
Paytaxt klubu premyer liqada zəif nəticə göstərdiyindən bütün diqqətini kubok yarışına yönəldib.
"Neftçi" rəhbərliyi yarımfinalda "Sabah"ı keçəcəkləri təqdirdə, komandanın hər futbolçusuna 20 min manat mükafat söz verib. Baş məşqçi Samir Abasovun aylıq maaşı da 20 min manatdır.
Ötən mövsüm ölkədaxili yarışlarda bərbad oynayan "Neftçi" Avropa yarışından kənarda qalmışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal oyunları 2-23 apreldə keçiriləcək.