"Turan"ın azarkeşləri rekord vurdu

Futbol
321
29 Mart 2025 - 15:21
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVIII turunun açılış matçını, "Turan Tovuz" – "Qarabağ" oyununu 6500 tamaşaçı izləyib.
Bu, Qərb təmsilçisi üçün çempionatda rekord göstəricidir.
2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə rast gəlinib. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) "Qarabağ"a qarşı görüşləri 6000 seyrçi izləyib.