Qurban Qurbanov: "Oyunun keyfiyyətini artırmağa çox illər lazımdır"

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib.
"Futbolçularımı təbrik edirəm. Bizim üçün ən gərgin, ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. 12 futbolçumuz milli komandalarda idi. Kevin Medina bizimlə cəmi iki məşq etmişdi. Çox vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Burada oynamaq çox xoş idi. Son tsiklə yaxşı başladıq".
-
Mütəxəssis bildirib ki, oyunun keyfiyyəti onu qane etməyib:
-
"Ona çatmağa çox illər lazımdır. Sıx qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik. Ümumən futbolçularımdan razı qaldım".
.