Balakişi Qasımov Vasili Berezutskiyə narazılığını bildirib

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" Futbol Klubunun premyer liqada uğursuz çıxışı davam etdirməsi klub rəhbərliyini narahat edir. Paytaxt komandasının rəsmiləri 46 yaşlı rusiyalı baş məşqçi Vasili Berezutskinin fəaliyyətindən narazıdır. "Sabah" Avropa yarışına vəsiqə qazanmasa, onunla yollar ayrıla bilər.
Paytaxt klubu ölkə kubokunun yarımfinalına vəsiqə qazansa da, hazırda premyer liqada 27 turdan 35 xalla 10 komanda sırasında 5-cidir.
Baş məşqçi kimi təcrübəsiz və uğursuz çalışdırıcı Vasili Berezutskini "Sabah"a komandanın idarəçilərindən biri Balakişi Qasımov gətirib. Qasımovun komandanın indiki vəziyyətiylə bağlı Berezutskiyə iradlarını çatdırdığı iddia olunur.
Balakişi Qasımov hazırda İTV-nin baş direktoru və AFFA-nın vitse-prezidenti vəzifəsində də çalışır.