Qurban Berdıyev: "Azarkeşlərimizi üzmək məni daha da ağrıdır"

Futbol
391
28 Mart 2025 - 23:11
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qarabağ"a uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev məğlubiyyətin səbəbini açıqlayıb.
"Üçüncü qola kimi cavab qoluna ümid edirdik. Üçüncü qol və "Qarabağ"ın əvəzetmələrindən sonra şansımız azaldı. "Qarabağ"ın əvəzetmələri oyunu gücləndirir. Bizə belə möhtəşəm dəstək, münasibət göstərən azarkeşlərimizi üzmək məni daha da ağrıdır. Onlar səfərdə də evdə də bizi dəstəkləyirlər. Təəssüflər olsun ki, onları sevindirə bilmədik".