"AFFA rəhbərliyi qovulmalıdır"

"AFFA rəhbərliyi qovulmalıdır"
Futbol
450
26 Mart 2025 - 16:13

Supersport.Az-ın məlumatına görə, Azərbaycan yığmasının Haiti və Belarus seçmə komandalarına da məğlub olması millinin azarkeşlərini qəzəbləndirib.  

"Göyqurdlar" azarkeş birliyi, yaydığı bəyanatda AFFA rəhbərliyinin istefasını, qovulmasını tələb edib.


"İstefa, bir xidmətdir. Necə ki, hər bir iş yerində məqsədinə xidmət etməyənlər qovulur, bu qayda sizin üçün də keçərlidir.

Azərbaycanımızın sərvətini boşa xərcləmək, çarter reysləri tutmaq və luks otellərdə qalmaq heç bir anlam daşımır. Biz artıq oyunçularla oyundan öncə danışıb fikirlərimizi və narazılıqlarımızı açıq şəkildə bildirmişik. Amma artıq onlardan gözləyəcək heç bir şeyimiz yoxdur.


Dəyişiklik komandanın 11-liyində baş verən kimi, eynilə federasiyanın (AFFA-nın -red.) strukturunda da baş verməlidir. Vaxt gəldi, bəylər - dəyişiklik zamanıdır! 


Biz tribunada üçrəngli bayrağımız eşqinə son nəfərə qədər qalacağıq. Bu komandanın əlindən tutub ya qaldıracağıq, ya da qaldıracağıq!


İşinizdə layiq olduğu əhəmiyyətə çatmadığınız üçün, vaxtı gəlib çatıb. Dövlətin büdcəsi bulaq suyu deyil ki, limitsiz axsın. Stollarınızdakı əşyalarınızı karton qutulara yığmağın və yeni bir dövrə keçməyin vaxtıdır. Biz, Göyqurdlar loqolu kartonlar ilə bu keçidi daha da möhkəmləndirməyə hazırıq. Bu, bir yolculuqdur və bu yol yalnız güclülər üçün açıqdır. 


It's time to say goodbye! 👋 "


Qeyd edək ki, SOCAR-ın rəhbəri Rövşən Nəcəf AFFA prezidenti olduğu 1 il müddətində milli komanda 8 oyunun 7-də məğlub olub, qələbəyə həsrət qalıb. Futbol qurumu uşaqları cırıq topla oynamağa məcbur edib. Ölkənin digər yığma komandaları da beynəlxalq yarışda biabırçı hesablarla məğlub olub. AFFA rəhbərliyində Rövşən Nəcəf, Sərxan Hacıyev, Balakişi Qasımov və Elşad Nəsirov yer alıb.



Digər xəbərlər