İsrailə lənət oxudular - Foto
Futbol, Foto, Arena
1878
17 Mart 2024 - 22:42
Supersport.Az-ın məlumatına görə, Türkiyədə azarkeşlər də Fələstinin torpaqlarını işğal edərək insanları haqsız olaraq öldürən İsrailə lənət oxuyublar.
Superliqanın 30-cu turunda "Fenerbahçe"ni qəbul edən "Trabzonspor"un fanatları, "Şəhidlərimizə rəhmət, Fələstinə dəstək, İsrailə lənət" pankartı açıblar.
Tribunalarda Fələstin və Türkiyə bayraqları nümayiş etdirilib.
İsrail 163 gündür Fələstində soyqırımı davam etdirərək 31 mindən çox insanı öldürüb, 73 mindən artıq vətəndaşı yaralayıb.
Qərara əsasən, "Fənərbağça" azarkeşləri tribunalara buraxılmayıb. Qarşılaşmada 2250 mühafizəçi xidmət edib.