"Turan" - "Traktor" qardaşlıq oyunu keçiriləcək - Eksklüziv

"Turan" - "Traktor" qardaşlıq oyunu keçiriləcək - Eksklüziv
Futbol, Eksklüziv
630
06 İyul 2025 - 17:41

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Türkiyədə hazırlıq keçəcək "Turan" və "Traktor" Futbol Klubları dostluq oyunu keçirəcək. 


Məlumatda bildirilir ki, bununla bağlı hər iki klubun rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib. 


"Turan"ın sədri Ehtiram Quliyev dostluq matçının keçirilməsilə əlaqədar "Traktor"un sahibi Muhamməd Rza Zunuziylə fikir mübadiləsi aparıb və tərəflər razılığa gəliblər.


Bir məqamı da bildirək ki, "Turan"ın baş məşqçisi Kurban Berdıyev üç il əvvəl "Traktor"u çalışdırıb.


Azərbaycan komandasıyla Cənubi Azərbaycan çempionu yay hazırlıq dönəmini Türkiyədə keçirəcək.


"Turan" iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. "Turan"ın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqç Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 


İran çempionu "Traktor" iyulun 8-də qardaş ölkədə məşqə başlamağı planlaşdırıb.


"Turan" - "Traktor" qardaşlıq oyununun isə iyulun son həftəsində keçirilməsi nəzərdə tutulub.

 

Digər xəbərlər