Supersport.Az xəbər yaydı, "Neftçi" təsdiq etdi

Supersport.Az xəbər yaydı, "Neftçi" təsdiq etdi
Futbol
345
05 İyul 2025 - 21:54

Supersport.Az məlumat verir ki, "Neftçi" yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. Fransalı sağ vinger İmad Faraj artıq klubun ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.


"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu "AEK Larnaka" ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.


Qeyd edək ki, Supersport.Az bir neçə saat əvvəl İmad Farajın Bakıya "Neftçi"ylə müqavilə bağlamağa gəldiyi məlumatını yayıb.


Digər xəbərlər