"Turan Tovuz"da yeni təyinatlar

"Turan Tovuz"da yeni təyinatlar
Futbol
294
05 İyul 2025 - 19:48

Supersport.Az xəbər verir ki, "Turan Tovuz" klubunda üç yeni təyinat baş tutub. 


Qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.


Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb. 


Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser  İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib. 


Son olaraq Maltanın "Hamrun" klubunda  bu vəzifəni icra edən Vinçenzo Çestaro daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca",  "Avellino" və "Noçerina" kimi klublarda çalışıb. 


Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Digər xəbərlər