"Sumqayıt" baş məşqçi seçir: Yakiroviç, yoxsa Vernidub?

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt" Futbol Klubu daha bir əcnəbi mütəxəssislə maraqlanır.
Məlumatda bildirilir ki, Sumqayıt klubu ukraynalı mütəxəssis Yuri Vernidubu da gətirmək istəyir. 59 yaşlı Vernidub son dəfə "Krivbas"da çalışıb.
O, "Zorya" (Luqansk), "Şaxtyor" (Soliqorsk) və "Şerif" klublarının baş məşqçisi olub.
"Sumqayıt", "Dinamo Zaqreb", "Kayserispor"un keçmiş baş məşqçisi Sergey Yakiroviçlə də danışıqlar aparıb. Bosniyalı mütəxəssis bir neçə gün əvvəl "Hull City"ylə müqavilə imzalasa da, İngiltərə komandası transfer qadağasıyla üzləşib. Yakiroviç bu səbəbdən yeni klubunu tərk edə bilər.
"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev "Komandanız Sergey Yakiroviç və Yuri Vernidubla maraqlanırmı?" sualımıza belə cavab verib:
"Bilmirəm. Siyahıda kim var, kimlər olacaq, xəbərim yoxdur".
Belə çıxır ki, Sumqayıt klubunun siyahısında həm Yakiroviç, həm də Vernidub var. Çünki Z.Xudiyev bunu inkar etməyib. Çox güman ki, mətbuat xidmətinin rəhbəri siyahını bilir, lakin rəhbərlik sirr saxlamağa göstəriş verdiyindən dəqiq açıqlama vermir.