Fərid Qayıbov kənarlaşdırılan Mariana Vasilevayla selfi paylaşdı - Foto
Digər
181
17 Yanvar 2025 - 10:10
Supersport.Az xəbər verir ki, gənclər və idman nazirinin müavini Mariana Vasileva vəzifəsindən azad olunub.
Bolqarıstanlı bu şəxs son günər xarici mətbuatda sərt tənqid olunurdu.
Mediada Azərbaycanın bədii gimnastika milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın ömürlük diskvalifikasiya edildiyi barədə xəbərlər yayılıb. Məlumatda bildirilib ki, o, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.
Gənclər və idman naziri Fərid Qayıbov Mariana Vasilevanın kənarlaşdırılmasından sonra bu fotonu paylaşıb. Gənclər və İdman Nazirliyinin rəsmi saytının rəhbərlik bölümündə Mariana Vasilevanın ad, soyadı saxlanılıb.
M.Vasileva 3 ildir ki, bu vəzifədə çalışırdı.