Braziliyada "Juninyo Killer" dedilər - Foto
Futbol, Foto
121
14 Yanvar 2025 - 20:19
Supersport.Az-ın məlumatına görə, "Flamenqo"yla müqavilə imzalamaq üçün Braziliyaya yollanan "Qarabağ"ın futbolçusu Olavio Juninyonu hava limanında azarkeşlər alqışlayıb. Fanatlar "Xaos bitdi, Juninyo gəldi" deyiblər, "Juninyo Killer" pankartı açıblar. "Flamenqo" azarkeşləri Juninyonun qollar vuraraq, komandaya uğurlar qazandıracağına ümid edir.
Juninyo təyyarəylə Bakıdan Dubaya oradan isə Rio de Janeyroya 14 saata gedib.
Juninyo "Flamenqo" formasında şəkil çəkdirib.
28 yaşlı futbolçunun tibbi müayinədən keçəndən sonra 2028-ci ilin dekabrınadək müqavilə bağlayacağı bildirilir.