Adnan Əhmədzadə Rövşən Nəcəfin yerinə gəlmək istəyir - Eksklüziv

Adnan Əhmədzadə Rövşən Nəcəfin yerinə gəlmək istəyir - Eksklüziv
Futbol, Eksklüziv
136
15 Yanvar 2025 - 09:13

SOCAR-da bir müddət vəzifədə çalışan, hazırda işadamı olan Adnan Əhmədzadənin AFFA prezidenti olmaq istəyində olduğu iddia edilir.


A.Əhmədzadə "Mingəçevir" klubuna sponsorluq edəcək. Əhmədzadənin bu məqsədlə AFFA-ya müraciət etdiyi bildirilir.


Bu gün brinci liqada yarışan "Mingeçevir" klubuyla Adnan Əhmədzadəyə bağlı qurum ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanacağı gözlənilir.


Bir müddət əvvəl ASTA-nın maliyyə dəstəyi ilə Azərbaycanın 15 yeniyetmə futbolçusunun Barselonaya yollanaraq 4 il ərzində "Marcet" akademiyasında təlim keçəcəyinə dair xəbərlər yayılmışdı.


Əhmədzadənin bir çox futbol adamlarıyla əlaqələri var. 


Bir müddət əvvəl Ronaldinyo, "Barselona"nın prezidenti Joan Laporta və Lionel Messinin Bakıya gətirilməsində Adnan Əhmədzadənin rolu olub. Sosial şəbəkələrdə Messiylə komanda yoldaşlarının olkəmizə gəlişi üçün 8 milyon dollar xərcləndiyi məlumatı yayılmışdı.


Adnan Əhmədzadə, SOCAR, AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevin kadrıdır, Elşad Nəsirovun yaxınıdır.


Əhmədzadənin gələcəkdə AFFA prezidenti olmaq istədiyi iddia olunur.


2022-ci ildə Rövşən Nəcəf SOCAR prezidenti olduqdan sonra Adnan Əhmədzadəni neft şirkətində vəzifədən kənarlaşdırıb.  A.Əhmədzadənin "Mingəçevir" klubuna sponsorluq etməkdə əsas məqsədinin gələcəkdə AFFA prezidenti olmaq olduğu bildirilir.


Bir müddət əvvəl Adnan Əhmədzadənin təşkilatçılığıyla Bakıdakı COP-29 tədbirinə gələn "Barselona"nın prezidenti Joan Laportanın AFFA rəhbərliyinin onunla görüşmək istəyini qəbul etmədiyi iddia olunur.


Xatırladaq ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf ötən ilin aprelində AFFA-nın yeni prezidenti seçilib. 


Supersport.Az

Digər xəbərlər