"Neftçi" yapon futbolçu aldı

"Neftçi" yapon futbolçu aldı
Futbol
43
14 Yanvar 2025 - 21:55

Supersport.Az xəbər verir ki, "Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori klubun heyətinə cəlb olunub. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.


🇯🇵Ohori futbola Yaponiyanın "Sanfreççe" klubunun akademiyasında başlayıb. Son olaraq "Transinvest"in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.



Digər xəbərlər