AFFA niyə gizli işləyir, qorxur? 

AFFA niyə gizli işləyir, qorxur? 
Futbol
59
15 Yanvar 2025 - 11:33

SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi AFFA gizli quruma çevrilib.


Əvvəllər İcraiyyə Komitəsinin iclaslarının keçirilmə vaxtı haqda assosiasiyanın saytında məlumatlar yayılsa da, bir müddətdir toplantıların tarixi barədə xəbər verilmir.


AFFA yaxın günlərdə İcraiyyə Komitəsinin növbəti iclasının nə zaman baş tutacağını da gizlədir.


Supersport.Az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli qarşıdakı toplantının tarixinin məlum olmadığını bildirib.


AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında daha çox ölkədə futbolun inkişaf strategiyasının layihəsiylə rəy və təkliflərə diqqət yetirəcəyi, həmçinin legioner limitini ləğv edəcəyi gözlənilir.


AFFA rəhbərliyinin toplantıları gizli keçirməsini mətbuatın onları sorğu-sual etməsindən qorxmasıyla əlaqələndirmək olar. 


Bir məqamı da qeyd edək ki, Azərbaycanın futbol milli komandası FİFA reytinqində geriləyəndə AFFA-nın saytı bu haqda da məlumat vermir.


Supersport.Az



Digər xəbərlər