Juninyo: "Ümid edirəm ki, xalqımı ən yaxşı təmsil edəcəyəm"

Juninyo: "Ümid edirəm ki, xalqımı ən yaxşı təmsil edəcəyəm"
Futbol
170
16 Yanvar 2025 - 09:31

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan ayrılan Juninyonu "Flamenqo" təqdim edib. 28 yaşlı futbolçu tibbi müayinədən keçib, 2028-cilədək müqavilə imzalanıb.


Braziliya mətbuatı Juninyonu "Qabiqolun əvəzedicisi" kimi təqdim edib. Klubun digər hücumçusu Pedro dizindən cərrahiyyə əməliyyatı olunub. 


"Flamengo" "Qarabağ"a 5 milyon avro ödəyəcək.


Braziliya yığma komandasına seçilmək istəyən Juninyo, yeni klubunun kanalına xalqdan böyük dəstək aldığını bildirib.


"Xalqıma aldığım dəstək mesajlarına görə çox təşəkkür edirəm. Burada olmaqdan çox xoşbəxtəm. Ümid edirəm ki, bütün xalqı ən yaxşı şəkildə təmsil edəcəm. Çox sağ olun".


Juninyo qızının doğum tarixiylə bağlı 23 nömrəli formanı seçib.






Digər xəbərlər