"Həmişə Allaha güvənmişəm" - Juninyodan Azərbaycana vida mesajı

"Həmişə Allaha güvənmişəm" - Juninyodan Azərbaycana vida mesajı
Futbol
223
17 Yanvar 2025 - 00:41

Supersport.Az xəbər verir ki, "Qarabağ"dan "Flamengo"ya keçən Olavio Juninyo Azərbaycanla bağlı paylaşım edib.


 "Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim? Mənim ölmüş xəyallarımı yenidən diriltdiniz. Bura gələndə bütün qəlbimlə sevdiyim insanlardan eşitdim ki, karyeram məhv olub, sizi təmsil etdiyim üçün bitmişəm və bir də heç vaxt futbolda böyük şanslarım yaranmayacaq... Lakin həmişə Allaha güvənmişəm. İşimi, ailəmi, mənim yaxşılığımı istəyən inanları, həyatımı hər zaman Allaha həvalə etmişəm. Allah ədalətlidir...


Bu böyük klubda çalışan hər kəsə, məşqçilərimə, rəhbərliyə, oyunçulara, aşpazlara təşəkkürümü bildirirəm. Çünki sizin hər birinizin mənim uğurumda rolu olub və hamınızı qəlbimdə daşıyacam.


"Qarabağ", yaşatdığın hər an üçün çox sağ ol, hər şans, hər göz yaşı və hər sevinc üçün təşəkkür edirəm. Bunlardan çox yaşadım.


Mənim üçün futbol dünyasına qapı açdın, səni və mənə inananları layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəm. Çünki indi məni belə çağırırlar: "Qarabağ"dan, Azərbaycandan gələn Juninyo. Bundan necə də qürur duyuram! Hər şey üçün çox sağ olun! Sizə dünyadakı bütün uğurları arzulayıram".

Digər xəbərlər