"Traktor" fars klubunu əzib lider oldu - Foto-Video

Futbol, Video, Foto
608
31 Oktyabr 2024 - 20:33
Supersport.Az-ın məlumatına görə, Cənubi Azərbaycan çempionatında "Traktor" səfərdə "Esteqlal"ı məğlub edib. Təbriz klubu Tehran komandasına 2 qol vurub. Arif Ağasi (56) və Səcəd Aşuri (87) fərqlənib. "Traktor" 9 turdan 19 xalla birinci pilləyə yüksəlib. "Persepolis"lə "Sepahan" 8 turdan 17 xalla sonrakı iki yeri tutur. Çempionatda 16 komanda mübarizə aparır.