"Tottenham" azlıqda "Qarabağ"ı 3 qolla məğlub etdi - Fotolar

"Tottenham" azlıqda "Qarabağ"ı 3 qolla məğlub etdi - Fotolar
Futbol
462
27 Sentyabr 2024 - 01:29

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubu Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib.


Qarşılaşma "Qarabağ" tıxaca düşdüyü üçün 35 dəqiqə gec başlayıb.


Birinci hissədə meydan sahibləri azlıqda qalsalar da, fasiləyə üstün yollanıblar. İkinci hissədə London klubu iki qol vurub. Toral Bayramov penalti zərbəsini boşa verib.

"Tottenhem" azlıqda olsa da, 3 qolla qalib gəlib. "Qarabağ"ın futbolçuları bir neçə qol imkanlarını boşa veriblər.


Matçı Fransadan olan hakimlər idarə ediblər. Oyunun baş hakimi Willy Delajod olub.


 

 

Avropa Liqası


Liqa mərhələsi, I tur


26 sentyabr


23:00. “Tottenhem” - “Qarabağ” 3:0 


Qollar: Brennan Conson 12, Pap Sarr 53, Dominik Solanke 68


Qırmızı vərəqə: Draquşin 8


Boşa verilən penalti: Toral Bayramov 58 


Baş hakim: Willy Delajod


Baş hakimin köməkçiləri: Erwan Finjean, Philippe Jeanne


Dördüncü hakim: Thomas Leonard


VAR: Benoît Millot (hamısı Fransa)


AVAR: Alan Kijas (Avstriya)


Hakim-inspektor: Lucílio Cardoso Cortez Batista (Portuqaliya)


UEFA nümayəndəsi: Knut Bjørn Nordheim (Norveç)


“Tottenhem” stadionu

Digər xəbərlər