Qurban Qurbanov: "Mən heç vaxt qaçmamışam, Santuş haqda fikir bildirməyəcəm" - Video

Qurban Qurbanov: "Mən heç vaxt qaçmamışam, Santuş haqda fikir bildirməyəcəm" - Video
Futbol, Eksklüziv, Video
434
14 Sentyabr 2024 - 23:31

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santos haqda ehtiyatlı açıqlama verməsini videogörüntüyə alıb. Mütəxəssis həmişə suallardan qaçmadığını deyib.

"Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiniz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?" sualına Qurban Qurbanov belə cavab verib.

"Mən suallardan qaçmamışam. Fikir

FFbildirməmişəm, səbəbini də bilirsiniz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm".


Digər xəbərlər