Azərbaycan idmançısı paralimpiya çempionu oldu

Azərbaycan idmançısı paralimpiya çempionu oldu
Olimpiya, Digər, Taekvondo
227
31 Avqust 2024 - 00:47

Paris-2024 Yay Paralimpiya Oyunlarının ikinci yarış günündə parataekvondoçumuz İmaməddin Xəlilov (K44, 70 kq) 1/4 finaldan mübarizəyə başlayıb.


Michel Suarezi (Kuba) 12:2 hesabı ilə məğlub edən idmançımız yarımfinala yüksəlib.


Dünya və Avropa çempionumuz Javokhir Alikulovu (Özbəkistan) 7:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


İmaməddin Xəlilov (70 kq) finalda Fatih Çeliki (Türkiyə) 15:2 hesabı ilə məğlub edərək Paralimpiya çempionu olub.




Digər xəbərlər