İspanlar italyanları məğlub etdilər

İspanlar italyanları məğlub etdilər
Futbol
242
21 İyun 2024 - 01:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, günün ilk qarşılaşması Münxen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutub. Oyun 1:1 bitib.

Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda qarşılaşıb. Bu matçda qollu heç-heçəylə yekunlaşıb. 

Günün sonunda B qrupunda İspaniya İtaliyadan güclü olduğunu göstərib. Bununla ispanlar pley-off raunduna adlayıb.

İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AVRO-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya 1-1

Qollar: Karniçnik 69// Yoviç 90+5.

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".

20:00. Danimarka - İngiltərə 1:1

Qollar: Yulman 34 - Keyn 18

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, "Valdştadion".

B qrupu

23:00. İspaniya - İtaliya 1:0

Qol: Kalafyori 55 (a.q)

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, "Feltins Arena".

Digər xəbərlər