Azərbaycanın futbol yığmasına albanlar dərs keçdi - Foto

Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.
Yığmamız Macarıstanın Sombatxey şəhərində Albaniya ilə üz-üzə gəlib.
“Haladas SportKomplexum”dakı matçda məşqçi Arif Əsədovun rəhbərliyi altında millimiz aciz, bərbad oyun göstərib. Albanlar Azərbaycanın futbolçularının qapısına 3 qol vurub, 1-ni buraxıblar.
Yoldaşlıq oyunu
Albaniya – Azərbaycan 3:1
Qollar: Nedim Bayrami, 12, Manay 81, Laçi 88 - Musa Qurbanlı 90
Hakimlər: Mixali Kaprali, İstvan Albert, Gerqo Viqh-Tarsonyi, İstvan Vad (Macarıstan).
Sombatxey, “Haladas SportKomplexum”.
Albaniya: 23. Tomas Strakoşa, 3. Mario Mitay, 4. Elseid Hisay, 5. Arlind Ayeti, 6. Berat Cimsiti (k), 10. Nedim Bayrami, 20. İlber Ramadani, 21. Kristian Asllani, 9. Yasir Asani, 15. Taulant Seferi, 11. Armando Broya.
Ehtiyat oyunçular: 1. Etrat Berişa, 12. Elxan Kastrati, 2. İvan Balliu, 7. Rey Manay, 8. Klaus Qyasula, 13. Enea Mihay, 14. Kazim Laçi, 16. Medon Berişa, 17. Ernest Muçi, 18. Adrian İsmayli, 19. Mirlind Daku, 22. Amir Abraşi, 24. Maraş Kumbulla, 25. Naser Aliyi, 26. Arber Hoca.
Baş məşqçi: Silvinyo.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 6. Emil Mustafayev, 9. Vüsal İsgəndərli, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Emil Səfərov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.