Hacı Əliyev: "Parisdə olimpiya çempionu olmaq istəyirəm"

Hacı Əliyev: "Parisdə olimpiya çempionu olmaq istəyirəm"
Olimpiya, Digər, Güləş
510
07 Aprel 2024 - 21:11

Supersport.Az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin qalibi, “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev açıqlama verib. 



"Allaha çox şükürlər olsun. Bu qədər azarkeşin önündə məni məyus etmədi.

Dizlərimin zədəli olmasına baxmayaraq, sonadək güləşdim. Əslində, öz çıxışımdan çox da razı qalmadım, daha artığını edə bilərdim. Zədə hər idmançı üçün böyük problemdir. Əsas odur ki, qələbə qazana bildim.

Artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram. Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi. Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşəAllah, Parisdə qızıl medal qazanaram".




Digər xəbərlər