Qurban Qurbanov: "Rəqibin itirəcəyi bir şeyi qalmadı, riskə gedə bilərlər"

Qurban Qurbanov: "Rəqibin itirəcəyi bir şeyi qalmadı, riskə gedə bilərlər"
Futbol, Eksklüziv, Video
410
24 İyul 2024 - 00:39

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Linkoln"u məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Təccrübəli mütəxəssis Cəbəllütariqdəki qələbəni şərh edib.


"Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bele örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq".

Digər xəbərlər