AFFA bu vəzifəyə də əcnəbi gətirdi

AFFA bu vəzifəyə də əcnəbi gətirdi
Futbol
410
26 İyul 2024 - 14:23
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. 
 
Supersport.Az AFFA-nın saytına istinadla xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu vəzifəyə təyin olunub.
 
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
 
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
 
Əlavə edək ki, 58 yaşlı Frank de Bleker bir zamanlar FİFA referisi olub. O, Belçika çempionatının oyunları ilə yanaşı, DÇ-2006, Avro-2008 və DÇ-2010-nin, Çempionlar Liqasının və digər beynəlxalq matçları idarə edib.
 

Digər xəbərlər