Samir Abasov "Neftçi"də 500 min manat qazana bilər - Eksklüziv

Samir Abasov "Neftçi"də 500 min manat qazana bilər - Eksklüziv
Futbol, Eksklüziv
388
15 Oktyabr 2024 - 15:51

Supersport.Az saytına "Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun qazanacağı məbləğ məlum olub.


46 yaşlı mütəxəssis 2 il müqavilə imzaladığı klubda bu müddətdə azı 500 min manat qazana bilər. 


Abasov "Neftçi"dən illik 200-250 min manat alacaq.  Mütəxəssis paytaxt klubunu bu mövsüm Avropa yarışlarından birinə vəsiqə qazandıracağı təqdirdə, əlavə 100 min manat da gəlir əldə edəcək. Hazırda 9 turdan sonra "Neftçi" 5 xalla 9-cudur və lider "Qarabağ"dan 16 xal geri qalır.


"Neftçi"ylə həm futbolçu, həm də məşqçi kimi çempion olan Abasov, kluba 2020/2021-ci illər mövsümündəki son çempionluğu da qazandıran şəxsdir.


"Sumqayıt" klubunu çalışdırmış  Samir Abasov bu komandanı son mövsüm UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.



Digər xəbərlər