"Neftçi' yeni baş məşqçinin adını açıqladı - Fotolar

"Neftçi' yeni baş məşqçinin adını açıqladı - Fotolar
Futbol, Foto
397
14 Oktyabr 2024 - 18:00

Supersport.Az xəbər verir ki, Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir.


46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.


Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.


"Neftçi"ylə isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov "Neftçi"yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.


Klub yaydığı məlumatda qeyd edib:


"Evinizə xoş gəldiniz, Samir müəllim! "Neftçi" ailəsi üçün xeyirli olsun!"

Digər xəbərlər