Fernando Santos: "AFFA rəhbərliyi, özüm və futbolçular günahkardır" - Video

Fernando Santos: "AFFA rəhbərliyi, özüm və futbolçular günahkardır" - Video
Futbol, Video
405
13 Oktyabr 2024 - 18:31

Supersport.Az UEFA Millətlər Liqasının dördüncü turunda sabah Slovakiyanı qəbul edəcək Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosun bəzi fikirlərini videogörüntüyə alıb. 


Üç oyunda məğlubiyyətlə barışan mlli komandanın baş məşqçisi Fernandu Santuş deyib ki, uğursuzluqlara görə, AFFA rəhbərliyi, özü və futbolçular günahkardır.


"Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədir, uğursuzluq da. Hazırkı vəziyyətdə onsuzda çətin vəziyyətdir. Kiminsə boynuna yıxmaq düzgün olmazdı. Qələbə qazandığımız halda da, AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidir. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Qələbə qazanırsansa, birlikdə edirsən, uduzursan da, birlikdədir. Dostum var idi, mənə bir söz demişdi, heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdır. Beş barmağın var, hansına deyə bilərsən ki, günah hansındadır? Yuxarıda hər şeyi Allah görür".

Digər xəbərlər