Azarkeşlər Mahir Emrelinin qarşısını kəsdilər, döyüşməyi tələb etdilər

Azarkeşlər Mahir Emrelinin qarşısını kəsdilər, döyüşməyi tələb etdilər
Futbol, Eksklüziv
674
14 Oktyabr 2024 - 13:00

UEFA Millətlər Liqasının üç oyununda meydanı məğlub tərk edən Azərbaycanın futbol yığmasının azarkeşləri ciddi narahatdırlar. Ötən tur Tallində estonlara uduzan milli komandanı fanatlar boykot etmişdilər. 


Azarkeşlərin əksəriyyəti AFFA rəhbərliyinin, milli komandanın baş məşqçisi Fernando Santosun istefasını tələb, futbolçuları sərt tənqid edib.


Santuş slovaklarla oyun ərəfəsində fanatlardan onlara dəstək olmağı xahiş edib.


Supersport.Az-ın məlumatına görə, bu gün Slovakiyanı qəbul edəcək Azərbaycan yığma komandasının azarkeşləri dünən millinin məşqindən sonra Almaniya ikinci Bundesliqasında iştirak edən "Nürnberq"in futbolçusu Mahir Emreliylə söhbətləşiblər. Fanatlar milli komandanın əksər oyunçularının can yandırmadığını, bəzilərinin qəsdən gücünü qoymadığını, dəstək verənlərin kəskin azaldığını deyərək, mübariz oyun tələb ediblər. Mahir, komandanın səhvlərə yol verdiyini etiraf edərək, slovaklarla oyunda yaxşı nəticə qazanmaq üçün var qüvvələrini sərf edəcəklərinə söz verib.


Azərbaycan - Slovakiya matçı bu gün saat 20:00-da Respublika stadionunda başlayacaq.

Digər xəbərlər