"Qarabağ" ölkəmizin xalını artırdı

Futbol, Eksklüziv
497
24 İyul 2024 - 15:00
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın 11 qat çempionu "Qarabağ" səfərdə "Linkoln"u məğlub etməklə reytinqdə ölkəmizin əmsalına 0.250 əlavə etdirib. Azərbaycan 17.250 xalla 25-ci pillədə yerini qoruyub.
Azərbaycan 17.250 xalla Kipri (17,225) arxada saxlayıb. Slovakiya (17,375) 24-də qalıb.
"Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ikinci matçında "Şerif"ə məğlub olmasaydı, Azərbaycan indi slovskları da geridə qoyardı.
İngiltərə (85.732 xal) 55 ölkənin yer aldığı siyahıya başçılıq edir.