"Qarabağ"ın geridə qoyduğu klublar: "Mançester Yunayted", "Qalatasaray", "Braqa", "Ayaks"...

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Avropa yarışında uğurlu çıxışı davam etdirdiyi üçün bəzi məşhur klubları arxada qoyub.
UEFA-nın bu mövsüm qitə turnirlərində yarışan komandaların yeni reytinqində Azərbaycanın 10qat çempionu 235 kollektiv sırasında 44-cüdür.
"Qarabağ"ın aktivində 9 xal var. Ağdam klubu bu mövsüm 0.975 xal toplayıb.
"Qarabağ" 9 xalla 44-cü pilləni tutaraq, "Qalatasaray" (49-cu yer), "Nyukasl" (50), "Feyenoord (hamısı 8 xal), "Mançester Yunayted" (53), "Genk", "Seltik", "Ayntraxt", "Zalsburq", "Braqa" (59), "Benfika", "Dinamo Zaqreb" (hamısı 7 xal), "Sevilya" (67-ci yer, 6 xal ), "Molde", "Olimpiakos", "Srvena Zvezda" (5 xal), "Ayaks" (75-ci pillə, 4 xal) kimi tanınmış komandalardan irəlidədir.
İlk üç yerdə 21 xala malik "Real Madrid", ""Mançester Siti" və "Bayern" (20 xal) qərarlaşıb.