Supersport.Az-ın məluamtına görə, bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.
Turun ilk matçında autsayderlər qrupunda qərarlaşan "Keşlə" debütant "Sabah"ı qəbul edib. Meydan sahibi komanda 3 qolla qalib gəlib.
Günün son qarşılaşmasında "Qarabağ" "Zirə"ni məğlub edə bilməyib. Ağdam klubu son 10 oyunda uduzmamışdı. Bu, iki komanda arasında yubiley – 15-ci görüş olub. Əvvəlki oyunların heç birində “Zirə” qələbə qazana bilməyib.
Turun qalan iki oyunu sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. "Qırmızı-qaralar" avrokuboklara vəsiqə qazanmaq arzusunun bitməməsi üçün bu oyundan mütləq qələbə ilə ayrılmalıdırlar.
Çempionatın şərikli liderlərindən olan "Neftçi" isə son pillədə qərarlaşan "Sumqayıt"ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası, 20-ci tur
9 mart
16:00 "Keşlə" – "Sabah" 3-0
Qol: Conatan Ayite 26,47, Cabir Əmirli 66.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov