Emin Mahmudov "Neftçi"də məşqə başladı

Emin Mahmudov "Neftçi"də məşqə başladı
Futbol
15 Sentyabr 2017 - 16:06


Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun "Neftçi"yə keçidi reallaşır. Supersport.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi artıq "ağ-qaralar"ın məşqlərində iştirak edir.

 

Bu gün "Bakcell Arena"da ilk 10 dəqiqəsi mətbuat üçün açıq olan məşqdə Emin yer alıb. Onun "Neftçi"yə ilə müqavilə imzalanması gerçəkləşən kimi bu transfer rəsmən açıqlanacaq.

 

Mahmudov ötən mövsüm "Boavişta"da çıxış edib və oynamadığına görə yeni mövsümün startında Portuqaliya klubundan ayrılıb.

Digər xəbərlər