Nağı Səfərov: "Olimpiadada daha çox idmançıyla təmsil olunmalıyıq" - Video

Nağı Səfərov: "Olimpiadada daha çox idmançıyla təmsil olunmalıyıq" - Video
Digər, Taekvondo, Video
06 Sentyabr 2017 - 21:52
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov yığma komandamızın mötəbər yarışlarda çıxışına qiymət verib.

Qurum rəsmisi, dünya çempionatında 2, Universiadada 5 medal qazanan millimizin daha yaxşı nəticə göstərmək gücündə olduğunu bildirib:

"Medallarımızın sayı daha çox ola bilərdi. Dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədir. Sevindirici haldır ki, mundialda mükafatlarımızın sayı artan templə davam edir. Bəzi idmançılarımız düyna reytinqində liderdirlər. Çalışacağıq ki, ölkəmiz növbəti olimpiadada daha çox idmançıyla təmsil olunsun. Komandamızı qarşıda Qran-pri turniri də gözləyir".


 

 

Digər xəbərlər