İslamiada: Xanım güləşçimizdən ilk qızıl medal, 5 pəhləvan finalda

İslamiada: Xanım güləşçimizdən ilk qızıl medal, 5 pəhləvan finalda
İslamiada-2017, Digər, Güləş
21 May 2017 - 12:28
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışı bu gün başa çatacaq.

Son gündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşir.

Mariya Stadnik (48 kq) ilk görüşündə vaxtından əvvəl 34 saniyə ərzində tam üstünlüklə Əlcəzairdən olan rəqibi Keyira Çairma Yahiaoi üzərində qələbə qazanıb. Növbəti görüşünü axşam saatlarında aparacaq. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhan olacaq.

53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

55 kq çəkidə Natalya Sinişin yarışır. Onun çəkisində 4 idmançı var. İlk görüşündə güləşçimiz Qazaxstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ardınca Nigeriya idmançısına uduzub. Güləşçimizin son rəqibi Türkiyə təmsilçisi Bediha Gün olacaq. Güləşçimizin hansı əyarlı medal qazanacağı son görüşlərin nəticəsinə əsasən müəyyənləşəcək.

Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurdu. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq.

Tatyana Omelçenkonun (60 kq) mübarizə apardığı çəki dərəcəsində 3 idmançı iştirak edir. Birinci dövrəni qələbə ilə başa vuran Tatyana final xarakterli həlledici görüşdə kamerunlu Tiako Essombeyə qarşı çıxacaq.

Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Bu çəkidə 6 güləşçi var. Yarımfinalda məğlub olan Elmira bürünc medal uğrunda görüşə çıxacaq.

69 kq çəkidə mübarizə aparan Elis Manolova Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Qazaxstan təmsilçisi olacaq.

Səbirə Əliyeva (75 kq) keçirdiyi 3 görüşdən ikisində tam üstünlüklə qalib gəlib, bir görüşdə uduzub. Final xarakterli son görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi Yasemin Adar olacaq.

Final görüşləri 18:00-da başlayacaq.

48 kq
1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik 0:10
2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR)

53 kq
1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR) 4:0 (tuşe)
2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova 0:8

55 kq
1-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin 0:5 (tuşe) 
2-ci dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin 6:2
3-cü dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin

58 kq
1-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik 6:14
2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KAZ)

60 kq
1-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko 0:6 (tuşe)
2-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR)

63 kq
Bürünc medal görüşü - B.Etane Ngolle (CMR) - Elmira Qəmbərova
1/2 final - Elmira Qəmbərova - B.Oborududu (NGR) 0:4

69 kq
FİNAL - Z.Bakbergenova (KAZ) - Elis Manolova
1/2 final - Elis Manolova - Buse Tosun (TUR) 5:0 (tuşe)
1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR) 6:0 (tuşe)

75 kq
1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva 6:8 (tuşe)
2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY) 0:5
3-cü dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva 4:8 (tuşe)
4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR)

Digər xəbərlər