Millimiz İslamiadaya sülhlə başladı

Futbol, İslamiada-2017
08 May 2017 - 20:57
IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda futbol yarışları ilə start verilib.
Supersport.Az-ın məlumatına görə, açılış matçında Səudiyyə Ərəbistanı Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandasına məğlub olub.
Türkiyə Əlcəzairlə qarşılaşmada bacarmayıb.
"A" qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlir. "Bayıl Arena"da keçirilən oyun saat 18:30-da başlayıb.
8 may
Futbol
A qrupu
18:30. Azərbaycan - Kamerun 0-0
"Bayıl Arena"
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş 0-1
"Azal Arena"
B qrupu
12:30. Əlcəzair - Türkiyə 2-1
"Bayıl Arena"
16:30. Fələstin - Oman 2-2
"Azal Arena"